BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Əqidəli və sadiq dövlət xadimi - Murad Köhnəqala Əli Həsənovdan yazdı

Əqidəli və sadiq dövlət xadimi - Murad Köhnəqala Əli Həsənovdan yazdı
SİYASƏT
23:11 11.09.2019
16513
"Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur"

Tanınmış yazıçı Murad Köhnəqala sosial şəbəkədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov barədə yazıb.

Murad Köhnəqalanın statusunu olduğu kimi təqdim edirik:

"İnternet mediada Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında bir sıra xoşagəlməz yazılara rast gəldim. Sağlam, etik tənqiddən uzaq, yalnız ləkələməyə, nüfuzdan salmağa hesablanmış bu əməlləri kim(lər) həyata keçirir, bilmirəm. Amma bildiyim bir neçə məsələni yazmaq istəyirəm.
Mənim cənab Əli Həsənovla şəxsi tanışlığım olmadığına görə əmin olun, burada yazdıqlarımın bəzilərinin düşündüyü kimi, mənə mənzil verilməsi ilə heç bir əlaqəsi yoxdur. Hamınıza məlumdur ki, həmin məsələ tanınmış ictimaiyət nümayəndələrinin cənab Prezidentə müaciəti əsasında həll olunub. Ona görə bu fikirləri tamamilə obyektiv və səmimi mövqeyim kimi qəbul edin.

Əli Həsənov ölkənin milli maraqlarını hər cür şəxsi və qrup maraqlarından üstün tutan əqidəli və sadiq dövlət xadimidir. O, eyni zamanda, dahi Heydər Əliyevdən dərs almış təcrübəli kadr və peşəkar siyasətçidir.
İstənilən dövlətin idarəetmə strukturunda Əli Həsənov kimi beş-altı şəxs olsa, həmin ölkədə daim daxili sabitlik, sakitlik, qonşularla heç vaxt gərgin olmayan diplomatik münasibətlər davam edər. Əli Həsənovun gərgin situasiyalarda emosiyaya qapılmayan, provakasiyaya uymayan soyuq təmkini, hər bir çətin vəziyyətdən zərərsiz çıxmağı bacaran əsl siyasətçi məntiqi var.

Ümumiyətlə, ölkəsinin inkişafını özünün fəaliyət prinsipinə çevirmiş uğurlu bir dövlət adamı üçün ən vacib keyfiyətlər bunlardı:
Praqmatik və çevik zəka
Siyasi ayıqlıq
Dövlətə və dövlətçiliyə sədaqət
Milli maraqlarda güzəştsizlik.

Bu xüsusiyyətlərin hamısı Əli Həsənovun portretini müəyyənləşdirən cizgilərdi.

Belə dəyərli dövlət adamları təmsil etdikləri xalqın mənəvi sərvəti hesab olunur.

Və bu cür şəxsiyyətlərə bilərəkdən qara yaxmaq, nüfuzlarına xələl gətirmək cəhdləri yalnız və yalnız bu ölkənin yaxşılığını istəməyən qüvvələrə lazım ola bilər. Həmin qüvvələr satın ala bilmədikləri yüksək çinli dövlət məmurlarını namərd yollarla "vurmağa” çalışırlar. Sözüm sadəlöhvcəsinə belə çirkin oyunlara alət olan sadə vətəndaşlaradı.

Dövlət xadimi həm də dövlətin simvolu sayılır. Dövlət xadiminə qarşı tərbiyəsiz davranış dövlətə, dolayısı ilə vətənə hörmətsizlik deməkdir. Dövlətinə hörmətsizlik edən kəslər isə bütün mənəvi ucalıqlardan yıxılıb ölmüş adamlardı. Bu siyasi meyitlərə inanmayın. Bilin ki, onlar sizə sosial şəbəkə tilovlarındakı yem kimi baxırlar".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi

14:38 29.03.2020

Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

14:34 29.03.2020

KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi

14:19 29.03.2020

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:50 29.03.2020

Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

13:32 29.03.2020

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

13:31 29.03.2020

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

13:11 29.03.2020

Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR