21:10 Bazar Ertəsi, 17 Iyun 2019
DÜNYA

Ər ona "səni sevirəm" deyən arvadını öldürdü - Səbəb dəhşətə gətirir

11:14, 29.05.201913726
Ər ona
Kişi ona "Səni sevirəm" deyən həyat yoldaşını boğaraq öldürüb.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, həyat yoldaşını qətlə yetirən 37 yaşlı kişi 23 il müddətinə azadlıqdan məhrum edilib.

Avstraliyada yaşayan Ahmet Sedat 32 yaşlı xanımı Fahima Yusufu öldürdükdən sonra həyətdə basdırıb.

Fahimadan 4 gün xəbərsiz qalan ailəsi polisə müraciət edib. Həyətdə yeni qazılmış torpaq sahəsini açan polislər qadının cəsədini görüblər.

Ahmet Sedat xanımının bacısına aşiq olduğuna görə onu öldürüb. Belə ki, o, arvadını öldürməzdən əvvəl internetdə "ölü necə basdırılır?", "qadın öldükdən sonra bacısı ilə eşq yaşamaq olar?" kimi axtarışlar edib.
XƏBƏR LENTİ