17:51 çərşənbə, 19 Dekabr 2018
DÜNYA

Ərdoğan: "46 gündə 41 şəhid verdik"

18:38, 06.03.20181128
Ərdoğan:

Bu gün Türkiyədə AKP-nin qrup toplantısı keçirilib.

AZXEBER.COM xəbər verir ki, toplantıya qatılan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Zeytun budağı” əməliyyatı ilə bağlı maraqlı məqamlara toxunub.

"Afrində 700  kilometrlik ərazi terrorçulardan təmizlənib. Cinderesdə təzyiqlər davam edir. Yaxında bura təmizlənəcək və Afrin yolu açılacaq”, – Ərdoğan bildirib.

R.T.Ərdoğan Afrika turunun detalları barədə də məlumat verdikdən sonra "Zeytun budağı” haqqında bilinməyən məqamlara aydınlıq gətirib. O, itkilər və uğurlardan danışıb:

"Mənə çatan son məlumata görə, zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərdir. TSQ və Jandarma Qüvvələri 46 gündə 41 şəhid verib. Azad Suriya Ordusunun itkisi 159 nəfərdir. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”, – ölkə başçısı sözlərinə əlavə edib.

XƏBƏR LENTİ