12:22 Cümə, 22 Mart 2019
DÜNYA

Ərdoğan ABŞ-a meydan oxudu: "Hətta S-500 də alacağıq"

19:16, 07.03.20191666
Ərdoğan ABŞ-a meydan oxudu:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alışını davam etdirəcəklərini bildirib.

RİA Novosti xəbər verir ki, dövlət başçısı deyib: "İyul ayında S-400-lərin ilk partiyasını alacağımıza ümid edirəm”.

Ərdoğan hətta S-500 almaq üçün Rusiya ilə yeni müqavilə imzalayacaqlarını da bəyan edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayaraq, Türkiyəni S-400-lərin alışını dayandırmağa çağırıblar.

Rəsmi Vaşinqton Ankaranı, geri addım atmayacağı halda, bunun ona baha başa gələcəyi ilə təhdid də edib.

XƏBƏR LENTİ