23:53 Bazar Ertəsi, 18 Noyabr 2019
DÜNYA

Ərdoğan ABŞ-la anlaşmadan danışdı - “Bizimkilər Suriyada qalacaqlar”

15:42, 18.10.20195564
Ərdoğan ABŞ-la anlaşmadan danışdı - “Bizimkilər Suriyada qalacaqlar”

"Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampla telefon danışığımızda ona Ankaraya heyət göndərə biləcəyini və heyətlərarası görüş keçirə biləcəyimizi dedim. Və o, sağ olsun, cənab Pensin rəhbərliyi altında dövlət katibi Mayk Pompeo və digər yoldaşlardan ibarət nümayəndə heyəti göndərdi. Görüşlərimiz dünən baş tutdu”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

 

"Görüş nəticəsində 13 maddəlik ortaq anlaşmamız oldu. Məlum olduğu kimi, artıq 120 saatlıq proses gedir. Bu müddət ərzində YPG terror qruplaşması təhlükəsiz zona kimi müəyyənləşdirdiyimiz bölgəni tərk etməlidir. Anlaşmamızın digər özəlliyi isə odur ki, bizimkilər də (Türkiyə Silahlı Qüvvələri.-red) orada qalacaq. Terrorçuların bölgəni tərk edib-etmədiklərinə nəzarət edəcəklər. 

Əgər 120 gün müvəffəqiyyətlə başa çatsa, 22 oktyabrda cənab vladimir Putinlə görüşüm  olacaq. Onunla görüşümü də bu müddətin ayrı ünsürü kimi qəbul edirəm. Və bu görüşlərlə də bölgəyə "Sülh Çeşməsi” ilə sülh gətirəcəyimizə ümid edirəm”, -deyə Ərdoğan vurğulayıb.


XƏBƏR LENTİ