23:40 çərşənbə, 21 Noyabr 2018
Maqazin

Ərdoğan aktrisanı tənqid etdi

11:37, 25.11.20171324
Ərdoğan aktrisanı tənqid etdi
Məşhur aktrisa Meltem Cumbulun Beynəlxalq Adana Film Festivalında mükafat verərkən salamlaşmadığı rejissor Semih Kaplanoğlunun yeni filminin premyerası olub.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, "Buğday” adlı ekran işinin təqdimatında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, birinci xanım Əminə Ərdoğan, baş nazir Binali Yıldırım və xanımı Semiha Yıldırım iştirak edib.
 
Səhnədə rejissorun anasının əlini öpən Ərdoğan aktrisa Meltem Cumbulu da tənqid edib:
 
"Əlbəttə həddini bilməyən, keyfiyyəti həzm etməyən, nəzakət qaydalarını pozan şəxslər var. Bunlara ən gözəl cavab isə sevgini qorumaqdır. İşini ən gözəl və keyfiyyətli şəkildə təqdim emtəkdir”.
 
Qeyd edək ki, Cumbul Semih Kaplanoğluya səhnədə mükafat verərkən salamlaşmamış, rejissorun ona uzatdığı əli geri çevirmişdi.




 
XƏBƏR LENTİ