Ərdoğan: "Biz dostumuzu da, düşmənimizi də tanıyırıq"

16 İyul 2017, 10:44
AAA
"15 iyul hərbi çevriliş cəhdi Türkiyənin yaxın tarixində ən böyük xəyanət idi. Bu xəyanəti dəf edilməsində iştirak edən hər bir şəxsə, xalqıma təşəkkür edirəm".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin mərasim meydanında 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı aksiyada  bildirib.

Türkiyə prezidenti deyib ki, keçən il iyulun 15-də Türkiyə xalqı dünyaya necə bir millət olduğunu göstərdi: "Bu xalq 1 əsr əvvəl hər kəsi təəccübləndirən bir zəfərə imza atmışdı. 15 iyulda da bu xalq böyük bir zəfər qazandı. Millətimin əlində silahmı vardı? Millətim o xainlərə qarşı əlindəki bayrağı və ürəyindəki imanı ilə mübarizə apardı. Dünyada tankı yumruqla dayandıran, hərbi təyyarəni, vertolyotu dayandırmağa çalışan bir millət də yoxdur. Belə bir millətin, ölkənin övladı olduğum üçün fəxr edirəm. 15 iyul hərbi çevrilişdən də öncə xəyanət adlandırmağımızın bir səbəbi var. Bu gün qarşısında durduğumuz Türkiyə Böyük Millət Məclisi qazi bir parlamentdir. Ancaq istiqlal savaşı zamanı da bu müqəddəs parlamentə əl uzatmağı düşünməyib. Ancaq 15 iyulda Türkiyə Millət Məclisi bombalandı".
 
Ölüm hökmü barədə parlamentdə qərar qəbul edilərsə, bu qərarı təsdiqləyəcəyini bir daha bəyan edən R.T. Ərdoğan Fətullahçı Terror Təşkilatı və onun lideri Fətullah Gülənin əməllərinin ifşa olunduğunu vurğulayıb. 15 iyulda hərbi çevriliş cəhdi zamanı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun bir bələdiyyə sədrinin evində olduğunu qeyd edən Türkiyə prezidenti K. Kılıçdaroğlunun 15 iyul hərbi çevriliş cəhdinin nəzarətdə olan hərbi çevriliş cəhdi kimi qiymətləndirilməsini yolverilməz sayıb: "250 vətəndaşımız şəhid olub, 2193 vətəndaşımız yaralanıb. Belə olan halda bu hərbi çevriliş cəhdinin belə qiymətləndirilməsi qəbul edilə bilərmi?! Millətimiz meydanlarda xainlərə qarşı mübarizə apararkən millət vəkilləri də parlamentdə toplaşaraq, mövqelərini ortaya qoydular. Millət vəkilləri parlamentimizə sahib çıxdılar və bunu dünyaya nümayiş etdirdilər. Həmin gün parlamentə gələn 106 millət vəkilinin hər birini ayrılıqda təbrik edirəm. Xainlər parlamenti bombalamaqla nə qədər alçaldılarsa, millət vəkilləri o qədər ucaldılar. Belə millətə belə parlament yaraşır. İnsan olan Vətənini satarmı?! O xainlər bu Vətənə, millətə necə qıydılar?! FETÖ bu milləti parçalamaq üçün çalmadığı qapı qalmadı, indi FETÖ Pensilvaniyadan prosesləri idarə etməyə çalışırlar. 15 iyulda bu Vətənə xəyanət edənlər indi məhkəmələrdə bunun cavabını verirlər. Biz Türkiyənin inkişafı ilə bağlı 2023-cü il hədəflərinə nail olacağıq. 15 iyul milli birlik və demokratiya günüdür. Bu ruh, cəsarət olduğu halda heç kim bu dövləti yıxa, milləti əsir edə bilməz. 15 iyul bizə dostumuzu, düşmənimizi də göstərdi. Dərhal dəstəyini bildirən dostlarımız, günlər sonra üzlərindən riyakarlıq tökülənlər də mövqeyini bildirdilər. Millətimizi yıxa, ölkəmizə diz çökdürə, yolumuzdan geri döndərə bilməyəcəklər. Biz dostumuzu da, düşmənimizi də tanıyırıq. Biz bir olacaq, qardaş olacaq, güclü olacaq və birlikdə Türkiyə olacağıq".
 
Bununla da aksiya başa çatıb.

Oxunma sayı : 241

SON XƏBƏRLƏR
AZTV-nin efirində mahnı oxuyan gənc hamını şoka saldı: "Ayə, hara gedirsən ayə?" (VİDEO) - 24 Noyabr 2017, 00:08
Məşhur futbolçuya 9 il həbs verildi - 23 Noyabr 2017, 23:25
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var - 23 Noyabr 2017, 22:40
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO - 23 Noyabr 2017, 22:10
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər - 23 Noyabr 2017, 21:53
Bakıda İran vətəndaşı döyüldü - 23 Noyabr 2017, 21:39
Bakıda qadınlar arasında dava - 23 Noyabr 2017, 21:10
İŞİD öz üzvlərinin başını kəsdi - 23 Noyabr 2017, 20:56
Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb - 23 Noyabr 2017, 20:35
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü - 23 Noyabr 2017, 20:12
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb - 23 Noyabr 2017, 19:37
ABŞ-da yaşayan azərbaycanlı cüdoçu çempion oldu - 23 Noyabr 2017, 18:40
Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib - 23 Noyabr 2017, 18:27
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - 23 Noyabr 2017, 18:25
Azərbaycanda məmur ürəktutmadan öldü - 23 Noyabr 2017, 18:21
Əkizlərdən Röyaya zərbə: "Nigara Camala səs verin" - 23 Noyabr 2017, 18:03
"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb - 23 Noyabr 2017, 17:48
Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO - 23 Noyabr 2017, 17:23
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10