09:39 Cümə Axşamı, 19 Iyul 2018
Manşet

Ərdoğan: "Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz"

11:25, 15.05.20182656
Ərdoğan:
Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz.


AZXEBER.COM 
Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Rusiya Türkiyənin regionda strateji tərəfdaşlarından biridir: "Türkiyə-Rusiya münasibətləri hazırda ən yüksək səviyyədədir".

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin (ZRK) alışına da toxunan dövlət başçısı qeyd edib ki, bu məsələ ABŞ-ı və NATO ölkələrini narahat etməməlidir:

"NATO üzvü olan Yunanıstan Rusiyadan S-300 ZRK-ları alanda ABŞ narahat olmamışdı".

ABŞ tərəfdən gözlənilən sanksiyalara gəlincə, Prezident bildirib ki, Vaşinqton sanksiyalardan danışmaq əvəzinə Türkiyəyə dəstək verməlidir.

XƏBƏR LENTİ