00:16 Bazar Ertəsi, 23 Sentyabr 2019
SİYASƏT

Ərdoğan İlham Əliyevə zəng etdi: Ramazan ayı münasibətilə...

19:25, 04.06.20199682
Ərdoğan İlham Əliyevə zəng etdi: Ramazan ayı münasibətilə...

İyun ayının 4-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətilə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

 

Unikal.org 

XƏBƏR LENTİ