03:21 Bazar Ertəsi, 27 May 2019
SİYASƏT

Ərdoğan İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etdi

14:34, 15.05.20193572
Ərdoğan İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etdi
Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
XƏBƏR LENTİ