00:37 Cümə, 15 Dekabr 2017
DÜNYA

Ərdoğan müsəlman ölkələrini fövqəladə iclasa yığır - Qüdsə görə

16:55, 06.12.2017293
Ərdoğan müsəlman ölkələrini fövqəladə iclasa yığır - Qüdsə görə

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək.

 

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, iclasda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə olunacaq.

 

İ.Kalın vurğulayıb ki, ABŞ-ın bu qərarı beynəlxalq hüquqa ziddir: "ABŞ bundan imtina etməlidir, çünki Qüds bütün dünya müsəlmanları üçün "qırmız xətt” təşkil edir”.

 

O həmçinin bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu planını bəzi müsəlman ölkələrinin rəhbərləri ilə müzakirə edib.

0
XƏBƏR LENTİ