08:06 Bazar Günü, 25 Fevral 2018
TOP4

Ərdoğandan referendum açıqlaması: "Xalqın iradəsi qalib gəldi"

23:48, 16.04.20174377
Ərdoğandan referendum açıqlaması:
"Konstitusiya referendumunun nəticələri Türkiyə dövləti və xalqının rifahı naminə xidmət edəcək".
 
AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi qələbə mitinqində deyib.
 
O Türk xalqına təşəkkür edib və bildirib ki, bundan sonrakı fəaliyyətləri də xalqın rifahı naminə olacaq.
 
Prezident həmçinin deyib ki, Türk milləti 15 iyul tarixində diriliş dastanı yazıb və bu referendum da onun məntiqi nəticəsidir. 
 
Ərdoğan eyni zamanda müttəfiq ölkələrə də səslənib və onlardan xalqın iradəsinə, seçiminə hörmət etməyi tələb edib. 
 
Prezident həmçinin deyib ki, dünya ölkələrində seçkilərə qatılım 50-55 % olduğu halda, Türk xalqının 85%-i seçkilərdə iştirak edib. 
 

0
XƏBƏR LENTİ