21:41 Bazar Ertəsi, 23 Iyul 2018
SİYASƏT

Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimindən - VİDEO

14:48, 10.07.20184287
Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimindən - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana səfərə gəlib.
 
AZXEBER.COM İHA-ya istinadən xəbər verir ki, ötən gün andiçmə mərasimi olan Ərdoğan ilk rəsmi səfərini həyata keçirmək üçün "TUR” özəl təyyarəsi ilə səhər saatlarında Bakıya yola düşüb. Türkiyə lideri Bakı səfərindən sonra Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.
 
Türkiyə prezidentini hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
 

.
XƏBƏR LENTİ