09:02 Bazar Ertəsi, 17 Dekabr 2018
Maqazin

"Əri ilə toya gedən müğənnilərdən zəhləm gedir" - Röya

22:42, 24.06.20184966
Əməkdar artist Röya Ayxan "Zaurla Günaydın" verilişinin qonağı olub. 

Müğənni oğlu Hüseyndən danışıb. O, övladına müğənni qızı almayacağını deyən həmkarlarına cavab verib:

"Hardan istəyirsən qız al, kef elə. Müğənni qızı, aktrisa, biznes-ledi al. Nə istəyirsən et. Bircə çoxlu uşaqların olsun. Hətta sevgilisi xoşuma gəlsə də, deyəcəm uşaq dünyaya gətir. Əsas xoşbəxt olsun. Sevmək, yaşamaq lazımdır. Yalandan deyirlər, uşağım müğənni ilə evlənməsin. Guya biz evləndirsək, sabah ailələrində problem olmayacaq?".
 
Röya daha sonra toya ailəsi ilə gedən müğənniləri qınayıb:

"Zəhləm gedir uşaqlarla toya, qonaqlığa analrdan. Əri, qardaşı, anası ilə toya gedən müğənnilərdən zəhləm gedir. Guya bunlar tək getsə, heç kim salam verməyəcək".
 
///Axşam.az
XƏBƏR LENTİ