“Ərim leykoz olduğumu bilən kimi məni atdı” - 30 yaşlı ananın dramı

23 Fevral 2017, 14:14
AAA
 
Günel Fərhadovanın 30 yaşı var. Əslən Şuşadandır. Ailəsi ilə birgə Ağcabədidə məskunlaşıb. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun nəvəsidir.
 
Gənc ana dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir: "Dörd il əvvəl aşkarlanıb bu xəstəlik məndə. Nəfəs ala bilmir, təngnəfəs olurdum. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. Həkimlərin köməyi ilə ayağa qalxdım, amma yenə qayıtdı".
 
Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay başlayıb: "Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundum. Evdə oldum, övladıma baxdım. Mütəmadi olaraq müalicələrə gedib gəlirdim. Hər üç aydan bir yoxlanırdım".
 
İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verir: "Kəskin ağrılarım var sinəmdə və kürək hissəmdə. Özümü pis hiss edirəm, halsızlıq var. Müayinə olundum, həkim məsləhəti ilə analizlər verdim. Yenidən leykoz aşkarlandı".
 
Günelin 5 yaşında Nilufər adlı bir qızı var. Deyir ki, həyat yoldaşı xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk edib. Dörd ildir nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir: "Xəstə olduğumu öyrəndi və ayrıldıq. Heç bir dəfə də maraqlanmayıb. Övladıma anamgil baxır".
 
Qan xərçəngindən əziyyət çəkən Günel övladını valideynlərinin evində, xəstəliyə görə aldığı 140 manat müavinətlə dolandırır. Sağlamlığına qovuşmaq üçün isə imkanlı şəxslərdən kömək gözləyir: "İmkanlı şəxslərdən müalicəm üçün kömək istəyirəm. Köməksizəm. Övladım üçün sağalıb ayağa qalxmaq istəyirəm".
 
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovla da görüşdük: "Ağ qan xəstəliyindən əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Bununla bağlı xəstənin özü də məlumatlandırılıb. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini etməmişik. Təxminən iki həftədən sonra ortalama dövründən sonra, bəzən isə 4-6 həftə içərisində yoxlanılır. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır. Səhiyyə Nazirliyi tərəfindən institutumuza verilən preparatlar kifayət etmir".
 
Hazırda Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb.
 
Günel Qabil qızı Fərhadova
Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı
Filial kodu: 20 00 93
VÖEN: 99 0000 36 11
SWIFT kod: AHBAZ2X
Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944
Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09
/// APA TV

Oxunma sayı : 4760

Loading...
SON XƏBƏRLƏR
Eks deputatın qardaşı qızı özünü öldürdü - 30 May 2017, 13:09
ADU-da tələbələr ayağa qalxdılar, aksiya keçirdilər: "İmtahana YOX!" (VİDEO) - 30 May 2017, 12:51
Bakıda "Porsche"nin törətdiyi dəhşətli qəzada ölən polisin adı - Təfərrüat - 30 May 2017, 12:35
Müdafiə Nazirliyi işçi axrarır - 30 May 2017, 12:21
Azərbaycanda daha 5 bank bağlana bilər - 30 May 2017, 12:06
"Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib" - 30 May 2017, 11:48
Polis maşını ilə "Porsche" toqquşdu: 1 polis öldü, digərləri yaralandı - VİDEO - 30 May 2017, 11:28
Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi - 30 May 2017, 11:17
Bakıda 17 yaşlı qız yoxa çıxdı - 30 May 2017, 11:13
Bakıda lüks avtomobil ağır qəzaya düşdü - Milyonerlər məhəlləsində - 30 May 2017, 11:01
Bakının bu əraziləri susuz qalacaq - 30 May 2017, 10:55
“Manat ilin sonuna qədər ucuzlaşmayacaq” - Elman Rüstəmov - 30 May 2017, 10:41
Bakıda zibilyığan maşın dəhşətli qəza törətdi: ölən var - 30 May 2017, 10:33
Azərbaycanda sərxoş məktəb direktoru qəza törətdi: yaralılar var - 30 May 2017, 10:29
"Maşın" şounu ilk o tərk etdi - 30 May 2017, 00:27
Qazaxda sərxoş məktəb direktoru qəza törədib, 2 nəfər yaralanıb - 29 May 2017, 23:18
Bakıda polis əməkdaşı qayınatasının şikayəti əsasında həbs edildi - 29 May 2017, 22:15
Tanınmaz hala düşən Aydın Xırdalanlı DANIŞDI: "Mən anadan narkotiklə doğulmuşam" - FOTO - 29 May 2017, 22:12
Lənkəranda 3 dəhşətli qəza: 2 ölü, 7 yaralı - 29 May 2017, 18:42
APA TV-nin 4 yaşı tamam olur - 29 May 2017, 17:21
Azərbaycanlı modelin adı Tramp-Rusiya təhqiqatında: general Flinn və 530 min dollar - 29 May 2017, 17:20
Xoşqədəm xərçəng xəbərini tennisdə öyrəndi... - 29 May 2017, 17:11
““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” - Prezidentin köməkçisi - 29 May 2017, 16:52
Aydın Xırdalanlı tanınmaz hala düşdü - FOTO - 29 May 2017, 16:43
"Xoşuna gəlmirsə, baxma!" - qısa geyimdə muğam qalmaqalı - 29 May 2017, 15:57
Prezidentin köməkçisi: "Biz özümüzü haqlı hesab edirik" - 29 May 2017, 15:39
Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU - 29 May 2017, 15:02
"Anasını öldürən polis mayorunun oğludur" - Mingəçevirdəki dəhşətli qətlin TƏFƏRRÜATI - 29 May 2017, 14:43
Uşaqlarını ataraq sevgilisinə qoşulub gedən Yağmuru əmisi oğlu qətlə yetirdi - 29 May 2017, 13:56
Cəlilabadda faciə- 2 nəfər çayda boğuldu - 29 May 2017, 13:48
Azərbaycanda faciə: 2 yaşlı qız su çənində boğuldu - 29 May 2017, 13:34
Bakıda ölən şəxsin meyitini dostları küçəyə atdı - 29 May 2017, 13:23
Oğul anasını güllələyib qaçdı - Mingəçevirdə - 29 May 2017, 13:03
Bakıda gecə klubunda əcnəbini döydülər - 29 May 2017, 12:53
Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü - 28 yaşlı Kənanın ürək dağlayan taleyi - FOTO - 29 May 2017, 12:19
Bakı-Sumqayıt yolu bağlandı - 29 May 2017, 12:08
Mövlud Mövludun ölümünün dəhşətli təfərrüatları - VİDEO - 29 May 2017, 11:43
Azərbaycan-Rusiya sərhədində əməliyyat - Polis postları quruldu - 29 May 2017, 11:32
Yol polisi "hacı pivəsi" içən sürücünü "sərxoş" tutdu - Bakıda şok olay - 29 May 2017, 11:23
Bakıda avtobusda qızın beli qırıldı - 29 May 2017, 11:13
Küçəni süpürən qadını maşın vurub öldürdü - 29 May 2017, 11:00
Bakıda iki uşaq anası özünü 8-ci mərtəbədən atdı - 29 May 2017, 10:41
Bakıda kafedə qadın ofisiantlar saçyolduya çıxdı - 29 May 2017, 10:36
Mədət Quliyevə yeni müavin təyin olundu - 29 May 2017, 10:28
Lənkəranda ağır yol qəzası baş verib: 10-a yaxın yaralı var - 28 May 2017, 21:28
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10