08:58 Bazar Ertəsi, 28 May 2018
DÜNYA

Ərindən ayrılan qadın qızını zorlayan sevgilisini müdafiə etdi - O belə şey etməz

16:46, 14.04.20184026
Ərindən ayrılan qadın qızını zorlayan sevgilisini müdafiə etdi - O belə şey etməz

Türkiyədə qızlarına təcavüz etdiyi üçün 15 ilə qədər həbsi istənilən şübhəlidən valideynlərinın şikayətçi olmaması diqqətdən qaçmayıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hakimin qızın atasından niyə şikayətçi olmadığı barədə sual verdiyi prosesdə qızın anasının şübhəli Cumali A.-nı müdafiə edərək övladını təqsirli bilməsi təəccübləndirib.

Tekin P. və Leyla K. cütlüyünün uşaqlarının vəkaləti məhkəmə tərəfindən ataya verilib. Həftə sonu anasının evində qalan 12 yaşlı qız iddiaya görə anasının sevgilisi tərəfindən zorlanıb.

Şübhəli məhkəmədə "Anası ilə münasibətim olduğu üçün məni qısqanıb. Anası mənim sevgilimdir" deyib.

 

Prosesdə söz alan qızın anası Leyla K. isə şübhəli Cumali A.-nı qızını ittiham edib: "Qızım yalan deyir. Ərimdən 7 ildir ayrılmışam. Qızım 6 ildir gəlib-gedir. Sevgilimin belə hərəkət etdiyinə inanmıram".

XƏBƏR LENTİ