15:55 çərşənbə, 21 Noyabr 2018
DÜNYA

Ərindən şübhələndi, evə kamera qoydu - Gördüklərindən şoka düşdü

14:26, 13.09.20182142
Ərindən şübhələndi, evə kamera qoydu - Gördüklərindən şoka düşdü
Türkiyənin Bursa vilayətində qız övladlarına cinsi təcavüz etdiyini bildiyi üçün arvadı Emine Keskinin boğazını kəsib, öldürdüyü iddia edilən Ahmet Keskinin məhkəməsi başlayıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qətl olayıyla bağlı son prosesdə Emine Keskinin öldürülməmişdən öncə bacısı ilə telefon danışıqlarına aid səs yazıları ortaya çıxıb. Səs yazılarında Emine Keskinin evə gizli kamera yerləşdirdiyi və Ahmet Keskinin bunu hiss etdiyi detalı diqqət çəkib.

İddiaya görə, qızlarını zorlayan Ahmet Keskin bunu öyrənən və sübuta yetirmək istəyən arvadı Emine Keskini maşınla gəzdikləri zaman boğazını kəsərək öldürüb.

Ahmet Keskin isə prosesdə özünü belə müdafiə edib:

"Sən dünən gecə belə məndən harada olduğumu soruşa bilməzsən, iki ildir səni aldadıram. Nə oldu, mənimi öldürəcəksən? Sən toyuq belə kəsə bilmirsən" dedi. Uşaqların məndən olmadığını söyləyincə, fikirlərim qarışdı. Sonra olan oldu. Mən belə bir şeyə əsla cəsarət edə bilməzdim, peşmanam".

Arvadının ona xəyanət etdiyini iddia edən Keskinin tələbi ilə 4 uşağından da DNT testi götürülüb. Son prosesdə DNT testinin nəticələri hazır olub, məhkəməyə çatdırıla bilinmədiyi üçün proses təxirə salınıb.
XƏBƏR LENTİ