15:05 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Ərini sevgilisinə öldütdürən qadının istəyi baş tutmadı

13:35, 20.05.20192701
Ərini sevgilisinə öldütdürən qadının istəyi baş tutmadı
Sevgilisi ilə birləşib ərini öldürməkdə təqsirləndirilən Nailə Ağayeva, onun sevgilisi Aqil Baxşıyev və Vəfalı Əliyev barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında baş verib. Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin "UAZ-469B" markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Ağayeva Nailə Alik qızı Baxşiyev Aqil Abitalıb oğlu ilə arasında olan yaxın münasibətdən əri Ağayev Mail Əlişan oğlunun son vaxtlar şübhələnib. Bunun üçün sonuncunun ona qarşı artan zoraki hərəkətinə və təhqiredici sözlərinə son qoymaq, həmçinin, Aqil Baxşiyevlə daha sərbəst formada görüşmək, sevgilisi ilə olan münasibətini gizli saxlamaq məqsədi ilə Aqil Baxşiyevi aralarında olan intim münasibəti kəsəcəyini bildirməklə Mail Ağayevi öldürməyə təhrik edib.

Bu səbəbdən Aqil Baxşiyev qabaqcadan razılığa gələrək əlbir olduğu əmisi oğlu Əliyev Vəfalı ilə birlikdə Mail Ağayevi öldürmək məqsədilə Masallı şəhərində olan mağazadan bıçaq aldıqdan sonra həmin gün saat 15 radələrində onları evə aparmasını istəyib. Bu adla Mail Ağayevə zəng edib çağırıb və yolda onu öldürüblər

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nailə Ağayeva 17 il, Aqil Baxşıyev 18 il 6 ay, Vəfalı Əliyev 18 il azadlıqdan məhrum edilib.
XƏBƏR LENTİ