04:04 çərşənbə Axşamı, 21 Avqust 2018
SİYASƏT

Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər

21:53, 23.11.2017351
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.
 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.
 
Separatçı rejimin "müdafiə naziri” Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib.
XƏBƏR LENTİ