Ermənilər Şahbaz Quliyevi Şuşaya apardı

18 Oktyabr 2017, 14:19
AAA
Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZXEBER.COM-a bildiriblər ki, məlumata əsasən, zəruri müayinə prosedurlarını keçmiş Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir.

Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı Şahbaz Quliyev müayinə üçün Yerevan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.


Oxunma sayı : 301

SON XƏBƏRLƏR
Marşrut sahiblərinə XƏBƏRDARLIQ - 25 Noyabr 2017, 13:20
"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan maraqlı - Cavablar - 25 Noyabr 2017, 13:16
“Azərbaycan iqtisadiyyatını dəyişdiririk” - İlham Əliyev - 25 Noyabr 2017, 13:14
Bazar günü hava yağmursuz olacaq - 25 Noyabr 2017, 12:44
Bakı metrosunda sərnişinlərə qənim kəsilən qadın tutuldu - 25 Noyabr 2017, 12:32
Ərdoğan aktrisanı tənqid etdi - 25 Noyabr 2017, 11:37
“Çelsi”nin Bakıdan Londona təhlükəli uçuşu - 25 Noyabr 2017, 11:15
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10