08:19 Bazar Günü, 17 Dekabr 2017
SİYASƏT

Ermənilər Tovuzu atəşə tutub - 13 yaşlı uşaq yaralanıb

23:39, 07.08.2017684
Ermənilər Tovuzu atəşə tutub - 13 yaşlı uşaq yaralanıb
Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.
 
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.
 
Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
0
XƏBƏR LENTİ