Ermənilərin kəşfiyyat dəstəsini məhv edən hərbçini siz də tanıyın

19 İyun 2017, 18:09
AAA
Ermənilərin kəşfiyyat dəstəsini bu şəxsin dəstəsi məhv edib Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
 
AZXEBER.COM-un məlumatına görə, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri–mərhum Bayram Bayramov haqqında MEK-in Sərbəst Elektron resurslarla iş şöbəsi əməkdaşları tərəfindən Azərbaycan Vikipediyasında məqalə yaradılıb.
 
 
Bayram Sabir oğlu Bayramov 1968-ci ilin yanvarın 1-də Göyçədə (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur. 1986-cı ildə Sovet ordu sıralarına çağırılmış, 1986-88-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub, Z.A. Tağıyev qəsəbəsində yerləşdirilmişdir). Ali təhsilini başa vurmaq üçün Minskə gedən B. Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir. 1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir. 1994-cü il mayın 8-də Azərbaycan - Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür. 2014-cü ilin aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. Ailəli olan Bayram Bayramovun bir övladı var. Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir. Hazırlıq kursu ağır olduğundan onu 300 nəfərdən 78 nəfər bitirə bilmişdir. Kursu bitirənlərin arasından İkinci Ordu Korpusun qərargah rəisi polkovnik İlham Aslanov 7 döyüşçünü, o cümlədən Bayramı korpusun sərəncamına aparmışdır. 1992-ci ilin avqustun əvvəlində leytenant Bayram Bayramov 123-cü alayın kəşfiyyat bölüyünün komandiri təyin olunmuşdur. Bayramov öz kəşfiyyat bölüyü ilə Ağdərə-Kəlbəcər yolunun açılması uğrunda döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci ilin avqustun 28-də Qızılqaya (Aryutunaqomer) kəndi uğrunda döyüşdə Bayramov kiçik qrupla düşmənə həlledici zərbə endirmişdir. 1992-ci ilin avqustun 29-da Verin Orataq kəndi uğrunda gedən döyüşdə 123-cü alayın 1-ci batalyonun komandiri Xosrov Əhmədov ağır yaralanmışdır. Döyüşü idarə edən qərargah rəisi polkovnik-leytenant Nazim Bayramovun əmri ilə Bayram Bayramov və bir neçə kəşfiyyatçı Xosrov Əhmədovu döyüş meydanından çıxartmışdır. Xosrov Əhmədovun həyatını xilas etmək mümkün olmasa da, Bayramov və kəşfiyyatçıları komandir üçün həyatlarını riskə atıb, ağır döyüş tapşırığını yerinə yetirmişdilər. 1992-ci ilin oktyabrında "Laçın dəhlizi" əməliyyatı zamanı 123-cü alaya Qozlu-Finfə-Kalafalıq müdafiə xəttini tutmaq əmr olunmuşdur. Strateji yüksəklikləri ələ keçirmədən müdafiə xəttini tutmaq mümkün deyildi. Tapşırığı yerinə yetirən Bayram Bayramov öz bölüyündən 10 nəfər döyüşçü ilə (döyüşdə Ağdərənin Vaquas kəndi yaxınlığında şəhid olmuş Xaqani Axundov da iştirak etmişdir) düşmən mövqeyinə hücum edərək əsas qüvvələrimizi çağırmışdır. 1992-ci ilin noyabrında kəşfiyyat-diversiya reydlərindən birində Bayramovun başçılıq etdiyi qrup Laçının Kalafalıq kəndi yaxınlığında 30 nəfərlik "Artsiv” düşmən dəstəsini tamamilə məhv etmişdir. 1993-cü ilin yanvarında baş leytenant Bayram Bayramovu o zamanki Müdafiə Nazirinin sərəncamına keçirtdilər. O, döyüş yolunu orada davam etdirmişdir.

Oxunma sayı : 625

Loading...
SON XƏBƏRLƏR
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb - 18 Avqust 2017, 20:15
Prezidentdən 4 qəsəbəylə bağlı sərəncam - 5,78 milyon ayrıldı - 18 Avqust 2017, 19:11
Zaqatalada ev yanıb - 18 Avqust 2017, 19:06
"Dənizdə hicabla çimmək düzgün deyil" - Hacı Şahin - 18 Avqust 2017, 17:55
Ağdaşda güclü yanğın: xəsarət alanlar var - 18 Avqust 2017, 17:48
Prezident Xəzər rayonuna pul ayırdı - 18 Avqust 2017, 17:34
22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - 18 Avqust 2017, 17:22
Dolların qarşıdakı üç günə olan məzənnəsi açıqlandı - 18 Avqust 2017, 17:16
Çağırışa gedən təcili tibbi yardım həkimi döyüldü - 18 Avqust 2017, 17:05
Yüksək vəzifəli məmur vəfat etdi - 18 Avqust 2017, 16:34
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar" - 18 Avqust 2017, 16:16
Gənclər təşkilatı Aran regionunda intellektual birinciliyə start verdi - 18 Avqust 2017, 15:44
"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana cavab - 18 Avqust 2017, 15:20
Prodüser Təranə: "Renka sevgilisinə xəyanət edirdi" - 18 Avqust 2017, 15:16
Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam” - 18 Avqust 2017, 14:47
"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən - 18 Avqust 2017, 14:33
Ərəb qadının "Park Bulvarda" başına gələnlərlə bağlı AÇIQLAMA - 18 Avqust 2017, 14:29
Sürücülərin nəzərinə: “Led” işıqları təhlükəlidir - 18 Avqust 2017, 13:43
Ərdoğan Azərbaycana gələcək - 18 Avqust 2017, 13:21
"Mahir Mədətov yaxşıdı, Əfran isə..." - Bakı sakinləri Azərbaycan futbolundan danışdılar (VİDEOSORĞU) - 18 Avqust 2017, 13:05
Qubada iki övlad atası baltalandı - 18 Avqust 2017, 12:57
Əflatun Amaşov “Turan”dakı yoxlamalardan danışdı - 18 Avqust 2017, 12:54
Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək - 18 Avqust 2017, 12:34
Arvadını və qaynanasını öldürən şəxs təslim oldu - Göygöldə dəhşət - 18 Avqust 2017, 12:30
Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır” - 18 Avqust 2017, 12:17
Azərbaycanda sevgilisi ilə atasına yaxalanan qız onu bıçaqladı – VİDEO - 18 Avqust 2017, 12:14
İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü – 1 ağır yaralı - 18 Avqust 2017, 12:07
Bakıda təcili tibbi yardım xidmətinin işində ciddi nöqsanlar aşkar olunur - 18 Avqust 2017, 11:59
Barselona terrorunda ölən və yaralananlar arasında azərbaycanlı var? - RƏSMİ - 18 Avqust 2017, 11:56
Sumqayıtda küçə itləri zərərsizləşdirilir - Əməliyyat başladı - 18 Avqust 2017, 11:48
Millət vəkilinin bacısı qəzaya düşdü: yaralılar var - 18 Avqust 2017, 11:32
Azərbaycanlılarla taciklər arasında qanlı dava: Onlarla yaralı var - 18 Avqust 2017, 11:25
"Uşağımı qəbul edən biri olsa, ərə gedərəm" - Şahin Zəkizadənin xanımı - 18 Avqust 2017, 11:17
Ramil Quliyevin ukraynalı xanımı - FOTOLAR - 18 Avqust 2017, 11:08
Neymar və Ronaldudan Barselona teraktı ilə bağlı paylaşım - FOTO - 18 Avqust 2017, 10:59
Azərbaycanda hakim vəfat etdi - 18 Avqust 2017, 10:49
ENOC ABŞ-ın sanksiyalarına baxmayaraq, İrana növbəti neft tədarükünü həyata keçirib - 18 Avqust 2017, 10:36
Göygöldə dəhşət: İki qadın amansızlıqla qətlə yetirildi - 18 Avqust 2017, 10:31
Bakıda qadın gecə klubunda döyüldü - 18 Avqust 2017, 10:26
Öldürülüb quyuya atılan 6 günlük körpə ilə bağlı iddia - "Mələyi nənəsi öldürməyib" - 18 Avqust 2017, 10:20
Nailin qəza törətməsini Şahverdiyev gizlədib? - RƏSMİ AÇIQLAMA - 18 Avqust 2017, 10:15
Dənizdə batan iki gəncin meyiti tapıldı - 18 Avqust 2017, 10:10
Avtoritetlər Lənkəranskiyə görə toplaşır - 18 Avqust 2017, 10:03
Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı" - 17 Avqust 2017, 18:00
Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək - 17 Avqust 2017, 17:46
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10