07:52 Cümə Axşamı, 20 Iyun 2019
SİYASƏT

“Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov

14:14, 22.05.20193220
“Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov
Bugün Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi Bakının irəli sürdüyü əsir və girovların "Hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb. Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan yerli mətbuata verdiyi açıqlamada bildirib ki, "Ermənistan XİN hər zaman real humanitar addımların atılmasının tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməməlidir.”

Erməni tərəfində saxlanılan azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya "ağır cinayət törətdiklərini və mülki insanları qətlə yetiridklərini” iddia edən Ermənistan XİN nümayəndəsi həmin şəxslərin "qəhrəmanlaşdırılması”nın əleyhinə olduqlarını da bildirib.

Ermənistan XİN-in bu açıqlamasını şərh edən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov rəsmi Bakının təklif etdiyi "Hamının hamıya” prinsipi üzrə əsir və girovların dəyişdirilməsi prosesinin rəsmi İrəvanı narahat etdiyini deyib: "Vyana və Moskva görüşlərində əldə olunmuş humanitar addımların atılması barədə razılaşmaya əsasən, artıq rəsmi İrəvan müəyyən addımlar atmağa başlayıb. Bu ölkənin müdafiə naziri David Tonoyanın son açıqlaması, habelə Ermənistan XİN-in bugünkü bəyanatı belə deməyə əsas verir. Ermənistan humanitar addımları atmağa hazır olduğunu desə də, azərbaycanlı girovların öz Vətənlərində qəhrəman kimi qarşılanacağından narahatdır və bunu açıq şəkildə ifadə edir. Düşünürəm ki, bu, Ermənistanın subyektiv fikridir. Azərbaycan dövləti və cəmiyyəti hansı məsələ ilə bağlı necə davranacağı barədə özü qərar verəcək.”
XƏBƏR LENTİ