09:35 Cümə, 21 Sentyabr 2018
DÜNYA

Ermənistan çökür - Ərzaq məhsulları bahalaşıb

19:34, 12.01.20181175
Ermənistan çökür - Ərzaq məhsulları bahalaşıb
2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.
 
Bundan başqa, ölkədə ət və ət məhsulları 2017-ci ilin dekabrında 2016-cı ilin sonu ilə müqayisədə 11 faiz artım nümayiş etdirib. Süd məhsulları, yumurta və pendir bir il ərzində 7 faiz, şəkər və şəkər tozu 6 faiz bahalaşıb.
 
Ermənistanda ən çox bahalaşan ərzaq məhsullarından biri balıq olub. Qeyd olunur ki, 2017-ci ilin dekabrında balıq məhsulları 2016-cı ilin dekabrı ilə müqayisədə 24,8 faiz bahalaşıb.
XƏBƏR LENTİ