01:50 Cümə Axşamı, 21 Noyabr 2019
MƏDƏNİYYƏT

Ermənistan “Eurovision – 2012” ilə bağlı qərar verə bilmir

15:35, 11.01.20122267
Ermənistan “Eurovision – 2012” ilə bağlı qərar verə bilmir

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision – 2012” mahnı müsabiqəsində Ermənistanın iştirakı hələ də sual altındadır.APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, sözügedən saytın nümayəndəsi bu məsələ ilə bağlı ölkənin “Eurovision” müsabiqəsində nümayəndə heyətinin rəhbəri Qoar Qasparyanla əlaqə saxlamağa çalışıb. Amma sözügedən şəxs telefon zənglərinə cavab verməyib.Ermənistan İctimai Televiziyasının rəhbəri Qaqik Bünyatyan isə öz işçisi vasitəsilə bildirib ki, bu məsələ ilə məhz Q. Qasparyana müraciət etmək lazımdır.Xatırladaq ki, Qoar Qasparyan hələ dekabr ayında bildirib ki, Ermənistanın “Eurovision -2012” müsabiqəsində iştirak edib-etməyəcəyi Yeni İl ərəfəsində məlum olacaq. Lakin elan olunan müddət başa çatsa da, ölkənin müsabiqəyə qatılıb-qatılmayacağı hələ də açıqlanmayıb.

XƏBƏR LENTİ