18:06 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SİYASƏT

“Ermənistan Qarabağı Azərbaycana qaytarmağa borcludur”

14:44, 13.11.2017706
“Ermənistan Qarabağı Azərbaycana qaytarmağa borcludur”
"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və BMT-nin Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi bu təşkilatın legitimliyini şübhə altına alır”.

Bu barədə Ordu.az-a Bəhr-Dar Universitetinin politologiya və beynəlxalq araşdırmalar kafedrasının dosenti, dünyanın tədqiq edilməsi üzrə Asiya-Sakit Okean Assosiasiyasının İcraşı Şurasının üzvü, hind ekspert Aslam Xan bəyan edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ postsovet məkanında partlayış təhlükəsi ən yüksək olan ərazilərdən biridir.

"Erməni qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasətinin aparılması yüz minlərlə insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb oldu. 1994-cü ilin mayında atəşkəs barədə razılıq əldə olundu, ancaq buna baxmayaraq, münaqişə zonasında erməni hərbi qulluqçularının provokasiya xarakterli fəaliyyəti davam etməkdədir. Hesab edirəm ki, Ermənistanın aqressiv fəaliyyəti və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsini beynəlxalq səviyyədə müzakirəyə çıxarmaq zəruridir”, - deyə Xan qeyd edib.

Ermənistan BMT üzvü kimi sülhlə tənzimlənmə və ölkənin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin qətiyyətlə rədd olunması mövqeyindən çıxış edən BMT Nizamnaməsinə riayət etməlidir. 

"1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazisinin işğalını təsdiq edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. Bu qətnamələrə əsasən, erməni işğalçı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz doğma yerlərinə qayıtmağa imkan verməlidir.

2008-ci ilin martında MBT-nın Baş Assambleyası Azərbaycanın ərazi bötüvlüyü və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal edilməsi məsələsində A/62/L.42 qətnaməsini qəbul edərək öz mövqeyini nümayiş etdirdi. Bu qətnamə erməni silahlı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz şəkildə işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməyə çağırışdır.

Rusiya regionda çox vacib oyunçudur, Ermənistanda böyük hərbi bazaya malikdir. Və bu nüans, təbii ki, Azərbaycanı narahat edir. Əgər Rusiya xarici işlər naziri Lavrovun Qarabağın Azərbaycanın "daxili işi” olmadığına dair bəyanatını xatırlasaq, bütün bunlar Azərbaycanda özünəməxsus gərginlik yaradır”, - deyə ekspert vurğulayıb.

ABŞ və Avropaya gəlincə isə, həmsöhbətimizin fikrincə, onlar Dağlıq Qarabağ probleminin həllində o qədər də maraqlı deyillər.

"Qərbdə erməni diasporu hansısa üsulla vəziyyəti öz xeyrinə dəyişməyə nail olub. Öz növbəsində, Azərbaycan ölkənin ərazi bütövlüyünü dəstəkləyən Gürcüstan və ərəb ölkələri ilə qardaşlıq münasibətlərinə malikdir və onlarla sıx əməkdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır. Ermənistan bunu dərk etməli və Azərbaycana işğal edilmiş əraziləri geri qaytarmalıdır. Bu ərazilər Ermənistanın nəzarətində olduğu müddətcə, BMT öz etibarını itirməyə davam edir. Ümid edirəm ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini tapar”, - deyə Aslam Xan fikirlərinə yekun vurub.
XƏBƏR LENTİ