Ermənistanda real sektor: real çöküş

İQTİSADİYYAT
15:16 27.10.2020
671
Beynəlxalq qurumların hesablamalarına görə, Ermənistanda iqtisadi artım tempinin cari ildə neqativ zonada olacağı, ortamüddətli dövrdə isə aşağı olaraq qalacağı proqnozlaşdırılır. Belə ki, "Fitch Ratings”in cari ilin oktyabr ayında verdiyi proqnozlara əsasən, bu ölkədə iqtisadi artım tempinin cari ildə 6,2 faiz, növbəti ildə isə 3,2 faiz təşkil edəcəyi gözlənilir. Buna səbəb kimi COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi və Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması göstərilir. Ortamüddətli dövrdə isə Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi artım tempinin 2019-cu ilə nəzərən daha aşağı səviyyədə olacağını proqnozlaşdırıb və bunu iqtisadi artımın öz potensial səviyyəsinə yaxınlaşması ilə izah edib.
AZXEBER.COM İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.

Ermənistanda iqtisadiyyatda yaradılan əlavə dəyərin ən böyük hissəsi indi iflic olan sənayenin payına düşür. Sәnaye mәhsulunun təxminən üçdə ikisi emal sənayesində, üçdəbiri isə mәdәnçıxarma və digər sektorlarda istehsal olunub. Emal sənayesində məhsuldarlığı aşağı olan sahələr, o cümlədən qida mәhsullarının istehsalı, içki istehsalı, tütün mәmulatlarının istehsalı, metal istehsalı daha çox paya malikdir. İqtisadiyyatın digər əhəmiyyətli bir hissəsini kənd təsərrüfatı təşkil edir. Belə ki, 2018-ci ilin sonuna kənd təsərrüfatı məşğulluqda 33 faiz, ÜDM-də təxminən 15 faiz paya malik olub.

Ümumi daxili məhsulun xərc komponentlərini təhlil etdikdə iqtisadi artımın hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının istehlak xərcləri olduğunu görə bilərik. 2019-cu ildə qeydə alınmış 7,6 faizlik iqtisadi artıma istehlak xərcləri 10,8 faiz bəndi, o cümlədən ev təsərrüfatlarının istehlak xərcləri 9,3 faiz bəndi, investisiyalar 3,1 faiz bəndi, xalis ixrac 0,1 faiz bəndi töhfə verib.



İstehlak xərclərinin əsas maliyyələşmə mənbələrindən biri xarici ölkələrdən göndərilən pul baratlarıdır ki, bu məbləğ də azalır. 2019-cu ildə xaricdən daxil olmuş pul baratlarının ÜDM-də xüsusi çəkisi 10,9 faiz təşkil edib ki, bu da iqtisadiyyatın xarici faktorlardan asılılığını göstərir.

Son 5 ildə Ermənistanda idxalın ixracı üstələməsi nəticəsində xalis ixrac iqtisadi artıma müsbət töhfə verə bilməyib. İxracın məhsullar üzrə strukturunda mineral maddələr, qiymətli metallar və daşlar, habelə digər metallar cəmi ixracda təxminən 50 faiz paya malikdir ki, bu da iqtisadiyyatın əmtəə qiymətlərindəki dəyişikliklərə həssas olduğunu deməyə əsas verir. Onu da qeyd edək ki, son 10 ildə ixracın məhsullar üzrə strukturunda əhəmiyyətli dəyişiklik baş verməyib.

2001-2008-ci illərdə iqtisadi artımın hərəkətverici qüvvəsini əsas kapitala yönəldilmiş vəsaitlər təşkil edib. Belə ki, həmin dövrdə xaricdən daxil olan pul baratlarının artımı tikinti bumuna səbəb olub. 2009-cu ildə daşınmaz əmlak bazarında köpüyün partlaması nəticəsində investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların iqtisadiyyatda rolu azalmağa başlayıb. Belə ki, birbaşa xarici investisiyalar son 10 ildə azalan dinamikaya malik olub və ÜDM-də xüsusi çəkisi 2009-cu illə müqayisədə 6,9 faiz bəndi azalaraq 2019-cu ildə 1,9 faizə enib. Halbuki, bu göstərici ötən il Moldovada 5 faiz, Gürcüstanda 7,2 faiz, Albaniyada 7,9 faiz, Estoniyada 9,4 faiz təşkil edib. Birbaşa xarici investisiyaların son illərdəki strukturuna diqqət yetirdikdə xarici vəsaitlərin yarıdan çoxunun dağ mədən sənayesinə və enerji sektoruna yönəldiyini görə bilərik.

Ermənistanda ixracı və investisiyaları artırmaq və bununla da dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq üçün bir sıra məsələlər, o cümlədən institutlar, rəqabət, demoqrafiya və infrastruktur ilə bağlı problemlər həllini tapmalıdır.

Məlum olduğu kimi, infrastruktur ixraca və ölkənin birbaşa xarici investisiyalar üçün cəlbediciliyinə təsir göstərən başlıca amillərdəndir. Qeyd edək ki, Ermənistanda cəmi yükdaşımaların həcminin 84 faizi, sərnişindaşımalarının isə 88 faizi avtomobil yollarının payına düşür. Avtomobil yollarının keyfiyyətinə görə 2019-cu ildə dərc olunan "Qlobal Rəqabətlilik Hesabatı”nda Ermənistan 141 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Avtomobil yollarının keyfiyyətinin aşağı olmasının başlıca səbəbi dövlət büdcəsindən yolların tikintisi və saxlanması üçün kifayət qədər vəsaitin ayrılmamasıdır. Belə ki, 2016-cı ildə avtomobil yollarının saxlanmasına yönəldilən xərclərin ÜDM-ə nisbəti 0,14 faiz (12 milyon avro) təşkil edib ki, bu da Ermənistanın İnkişaf Strategiyasında nəzərdə tutulan hədəf göstəricisindən (ÜDM-in 0,25 faizi) aşağıdır.

Ölkədə demoqrafik və sosial-iqtisadi vəziyyətlə əlaqədar əməkqabiliyyətli əhalinin sayında azalma müşahidə olunur. Belə ki, gənclər arasında işsizlik səviyyəsi yüksək olduğundan əməkqabiliyyətli əhali ölkəni birdəfəlik tərk edir. 2018-ci ilin sonuna gənclər arasında işsizlik kişilərdə 31 faiz, qadınlarda isə 46 faiz olub. Əmək qabiliyyətli əhalinin sayına mənfi təsir göstərən digər bir amil 1990-cı ilin əvvəllərindən 2000-ci ilədək yeni doğulan uşaqların sayında qeydə alınan azalmadır. Ümumilikdə Avropa Yenidənqurma və İnkişaf Bankına əsasən, 2008-2017-ci illəri əhatə edən dekadada əməkqabiliyyətli əhali 14,5 faiz azalıb.

Məxməri inqilabdan sonra Ermənistanda korrupsiya ilə mübarizə sahəsində bir sıra tədbirlər, o cümlədən korrupsiya və vergidənyayınma ilə bağlı təhqiqatların başlanılması, bəzi keçmiş dövlət məmurlarının həbs edilməsi həyata keçirilib. Bununla belə, Ermənistanın Qlobal Rəqabətlilik Hesabatında korrupsiya göstəricisi üzrə mövqeyində (141 ölkə arasında 91-ci yer) yaxşılaşma baş verməyib. Dünya Bankı tərəfindən dövlət idarəetməsi sahəsində 2019-cu il üzrə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən Ermənistan region ölkələrindən geri qalır.

Dövlət idarəetməsində qeyd olunan problemlərin nəticəsi olaraq siyasətçilərin bizneslə əlaqəsinin yaranması, habelə daxil bazarın həcminin kiçik olması, ölkənin quru sərhədlərinin əhəmiyyətli hissəsinin bağlı olması iqtisadiyyatda rəqabəti məhdudlaşdırsa da, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş ilkin uğurlar rəqabətin güclənməsinə təkan verib. Belə ki, idxalda qeyri-rəsmi inhisarçılığın və gömrük orqanlarında korrupsiyanın azaldılması ilə bağlı görülmüş işlərin nəticəsində ərzaq məhsullarının idxalı ilə məşğul olan şirkətlərin sayında artım baş verib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi