15:09 Bazar Günü, 25 Avqust 2019
DÜNYA

“Ermənistanla tarix və dil baxımından yaxınlığımız çoxdur” - Qazaxıstanın yeni prezidenti

16:47, 12.06.20193290
“Ermənistanla tarix və dil baxımından yaxınlığımız çoxdur” - Qazaxıstanın yeni prezidenti
Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayev mətbuat konfransında çıxış edərək, Ermənistanla qarşılıqlı münasibətlərin inkişafına öz baxışından danışıb.
 

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı "Amerikanın səsi”nin jurnalistinin sualına cavab verərkən Tokayev deyib:

"Ermənistana böyük simpatiya ilə yanaşıram, bu yaxınlarda Nikol Paşinyanla görüşmüşəm. Yeri gəlmişkən, 5 dəqiqədən sonra mənə zəng etməlidir. Anladığım qədərilə təbrik etmək üçün. Biz konkret layihələr üzrə əməkdaşlığımızı zənginləşdirmək razılığına gəlmişik. Bizim Ermənistanla tarix və hətta dil baxımından yaxınlığımız çoxdur. Buna görə də, gələcək əməkdaşlığa nikbinliklə baxıram. Şübhə etməyin ki, bizim tərəfimizdən, Qazaxıstan tərəfdən əməkdaşlığın möhkəmlənməsi üçün hər şey ediləcək”.
XƏBƏR LENTİ