BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Ersun Yanaldan Ali Koça sərt ittiham: "Bu komandamı mən qurmamışam"

Ersun Yanaldan Ali Koça sərt ittiham:
İDMAN
14:07 26.02.2020
3458
"Bu komandamı mən qurmamışam" " />
"Qalatasaray”ın "Fənərbaxça”nı 21 il sonra Kadıköydə məğlub etməsindən sonra "sarı-lacivərdlilər"də işlər yolunda getmir. 

AzxeberSport xəbər verir ki, "Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal bu məğlubiyyətin və bərbad mövsümün səbəbkarının olmadığını açıqlayıb.

O mətbuata açıqlamasında klub prezidenti və menecerlərini sərt tənqid edib:

 "Mövsümün əvvəlində mən klub prezidentinə kimləri istədiyimi demişdim. Təbii ki, alternativ oyunçular da var idi. Yeni oyunçuların komandaya tez qoşulmasını istəyirdim. Ancaq nə klub rəhbərliyi, nə də idman direktoru tez tərpəndilər. Heç mənim istədiyim oyunçuları belə almadılar. Mövsümün əvvəlində komandaya qoşulan Zanka siyahımızda ən axrıncı oyunçu idi.

Düşünmürdüm ki, o bizə qoşular ama transfer gerçəkləşdi. Adil Ramini məcbur almışıq. Müdafiə xəttimiz demək olar ki, boş idi. Onu belə gözləmirdik. Ama hər kəs gördü Rami nəinki əsas heyətdə, heç ikinci heyətdə belə çıxış etməyə layiq deyil.

Mevlut Erdinçi mən istəməmişdim. Bizə gənc hücumçu gərək olduğunu bildirmişdim. Mövlut isə kariyerasının sonuna yaxınlaşıb. Sonuncu Falettedən isə qəti xəbərim olmayıb. Xəbərlərdə yeni oyunçu aldığımızı gördüm. Bu komandanı mən qurmamışam”

Bu açıqlama klubun prezidenti Ali Qoça çatdıqdan sonra Ərsun Yanal ilə yolların ayrılmasına qəti gözlə baxılır.

OXŞAR XƏBƏRLƏR