13:10 şənbə, 25 May 2019
SOSİAL

"Əsas odur ki, popkornu oradan yığışdırdılar" — Deputatdan onu tənqid edənlərə cavab

14:19, 08.05.20193223
Deputat Rasim Musabəyov popkorn satan uşaqla bağlı statusuna görə onu tənqid edənlərə cavab verib.

AZXEBER.COMxəbər verir ki, R. Musabəyov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, kim istəyirsə tənqid edib irad tuta bilər: 

"Bu, insanların öz fikridir. Ancaq tam əksəriyyət mövqeyimi dəstəklədi. 100 nəfərə yaxın şəxs statusumu paylaşdı. Həmin statusdan sonra 200 nəfər izləyicim əlavə olundu. 100 nəfər isə dostluq müraciəti göndərdi. İnsanlar bir  az fərqli düşünür. Əsas odur ki, o popkornu oradan yığışdırdılar”. 

R. Musabəyov həmçinin statusunu rus dilində yazmasına görə tənqid edilməsinə də münasibət bildirib. 

O qeyd edib ki, dostluğunda olan şəxslərin əksəriyyəti rusdillidir: 

"Azərbaycanca yazanda reaksiya çox az olur, rus dilində yazanda isə reaksiyalar artır. Bu statusdur, burada nəsə axtarmağa dəyməz. Qanun layihəsidir bu?!”.
XƏBƏR LENTİ