05:18 çərşənbə, 19 Sentyabr 2018
GƏNCLİK

Etika Akademiyasında millət vəkili ilə görüş baş tutdu - FOTO

16:07, 16.02.20182027
Etika Akademiyasında millət vəkili ilə görüş baş tutdu - FOTO

Etika Akademiyası 15 fevral 2018 - ci il tarixindəAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "2015-2025”-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası " sərəncamında "müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı – seçkilik çağırışlarından qorumaq " 5.2.31 maddəsini əsas tutaraq seminar təşkil edilib.

AZXEBER.COM xəbər veri ki, "Din media münasibətləri müasir internet resursları konteksində” adlı  seminarı aparmaq üçün millət vəkili, Yeni Azerbaycan qazetinin rəhbəri , siyasi elmlər doktoru , professor ,əməkdar jurnalist Hikmət Babaoğlu dəvət edilib.

Seminarda dinin ideoloji bir vasitə kimi dəyərlərin təbliğatında rolu və manipulyasiyanın sərhədi harda başlayır məqamlarına açıqlıq gətirildi.

 

Hikmət Bababoğlu qeyd etdi ki, Azərbaycanda din mədəniyyətinin milli mənəvi mədəniyyətin daxilindən gəlir , milli dəyərlər üzərində qurulub və ölkəmizin rifahına xidmət etməlidir . Etika məşqçiləri mədəniyyəti , qlobal standartları minlərlə məktəblilələrə, valideynə və gənc iş adamlarına aşılamaqdadır. Hər biri internet resurslarıını ən vacib iş aləti qismində istifadə edir. Hörmətli ziyalımız Hikmət Babaoğlu İnternet resurslarında dəyərlərin bəzi qüvvələr tərəfindən manipulyasiya halına gətirilməsi və istifadə edilməsi haqqında danışdı. Belə hallaraetika məşgçilərinin daha diqqətli olmağa , doğru münasibət bildirməyə çağırdı.

Bu gün milli kadrların ölkəmizə , dövlətimizi töhfəli xidməti üçün milli dəyərlərə sahib çıxmaqla dünya bazarına integrasiyası vacibdir.Bunun üçün Etika Akademiyası inkişaf proqramlarını aşılayır.

 

Bakı Şəhər Təhsil İdarəsi ilə bağlanan birgəfəaliyyət müqaviləsi əsasında onlarla məktəb Etiket dərnəyinə, müəllimlər natiqlik və davranış qaydalarında yüksək standartların öyrənilməsinə cəlb edilir.

 

Özəl biznes sektorunda çalışaniş adamları, gənc menecerlər, turizmdə xidmət verən insanlarımız dəyərlərin təbliğatında dünya bazarında böyük rol oynayır. Azərbaycan haqqında təəsüratın yaradılması en kiçik elementlərdə belə təbliğ olunmalıdır. Hikmət Babaoğlu kimi ziyalı ilə seminar xarakterli görüş töhfəli, informativ və uğurla tamamlandı.

 

Millət vəkili ilə növbəti mövzu "Azəbaycanın mənəvi lideri ulu öndər Heydər Aliyevin siyasi etiketdə nümunələri, töhfələri, tezisləri” olacaq.

Etika Akademiyasının heyətinin inkişafında ustad dərslərinin silsilələri davam edir.

 

 

 

 


XƏBƏR LENTİ