Etikanı pozan deputat mandatı itirəcək - Qanuna sərt dəyişiklik

21 Aprel 2017, 14:02
AAA
Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.
Bundan sonra isə həmin deputatlar "mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da "mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.
 
Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir.
 
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.

Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?
 
Sayt məsələni hüquqi cəhətdən başqa aspektdən araşdırmağa araşdırmağa çalışıb. Məlum olub ki, yeni qanun layihəsi ötən ilin sentyabrında keçirilən referendumla əlaqədardır. Belə ki, yeni sənəd ümumxalq səsverməsində qəbul olunan bir məsələyə uyğun olaraq hazırlanıb.
 
Əvvəlki Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:
 
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
 
2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
 
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
 
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
 
5) özü imtina etdikdə.

Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.
 
Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsvermyə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.
 
Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə  deputatlarla bağlı aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
 
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. 
 
Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma "əlvida” deməli olacaqlar.
 
Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.
 
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.

Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.

Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
 
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
 
Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.

Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
 
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.

Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
 
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
 
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.
/// Modern.az

Oxunma sayı : 219

Loading...
SON XƏBƏRLƏR
Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı" - 17 Avqust 2017, 18:00
Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək - 17 Avqust 2017, 17:46
UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb - 17 Avqust 2017, 17:43
Ağsuda yol tikintisinə 5,8 milyon manat ayrılıb - 17 Avqust 2017, 17:41
Dolların sabaha olan məzənnəsi - 17 Avqust 2017, 17:40
"İnstagram"da ağlaşma quranlar gənc aktrisanın yasına qatılmadı - FOTOLAR - 17 Avqust 2017, 17:19
Pərvin Abıyevanın 100 minlik "Porche"si - FOTOLAR - 17 Avqust 2017, 17:16
Ramil Usubov 266 nəfərin işə qəbul olunması ilə bağlı tapşırıq verdi - 17 Avqust 2017, 16:37
Ata 3 yaşlı uşağının başını kəsmək istədi - Arvadı telefonla başqa kişilərlə danışıb - 17 Avqust 2017, 16:21
Mahir Mədətov bu qıza gül buketi göndərdi - FOTOLAR - 17 Avqust 2017, 16:08
Azərbaycanda intihar edənlər kimlərdir? - Nazirlikdən açıqlama - 17 Avqust 2017, 16:04
4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ - 17 Avqust 2017, 15:46
"Gelandewagen" qəzasının videogörüntülərini sistemdən Eyvaz Şahverdiyev sildirib - İDDİA - 17 Avqust 2017, 15:42
Kəmaləddin Heydərov yenidən vitse-prezident təyin edildi - 17 Avqust 2017, 15:38
Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız öldü - 17 Avqust 2017, 15:33
Xətai sakinləri uşaqları ilə aksiya keçirdilər:"Məmurlar həyətimizi milyonçu sahibkara satıb" (VİDEO) - 17 Avqust 2017, 15:19
"Kopenhagen" - "Qarabağ" oyununu stadionda izləmək istəyənlərə şad xəbər - 17 Avqust 2017, 15:08
DYP-dən Rəşad Sadiqovla bağlı açıqlama: "Səmimi deyil" - 17 Avqust 2017, 15:05
Nuranın oğlu anası üçün klip çəkdi - VİDEO - 17 Avqust 2017, 14:38
Bayram namazı nə vaxt qılınacaq? - 17 Avqust 2017, 14:32
"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı - 17 Avqust 2017, 14:16
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı - 17 Avqust 2017, 13:57
Baldızının şəkillərini kəsib, çılpaq qadınların üzünə yapışdırdı - 17 Avqust 2017, 13:49
Dənizdə batanların adları - 17 Avqust 2017, 13:43
Türkiyədə dünyasını dəyişən aktrisa Bakıda anıldı - FOTOLAR - 17 Avqust 2017, 13:40
Şimşək, külək, yağış - Nazirlikdən əhaliyə xəbərdarlıq - 17 Avqust 2017, 13:04
Ağdaşda arvadını döyən kişiyə ağır cəza: qulağını kəsdilər - 17 Avqust 2017, 12:38
Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı - 17 Avqust 2017, 12:34
"Baxmağa normal veriliş tapa bilmirəm" - MTRŞ sədri - 17 Avqust 2017, 12:32
Bakıda həbsxanada məhkumlar arasında dava düşdü: yaralı var - 17 Avqust 2017, 12:07
Əli Həsənovun nəvəsinin işində yenilik: vəkili dəyişdi - 17 Avqust 2017, 12:04
Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...” - 17 Avqust 2017, 11:50
Elzadan gəlininə ad günü təbriki - 17 Avqust 2017, 11:43
Bakıda ana və övladları itkin düşdü - 17 Avqust 2017, 11:30
Bakıda bomba həyəcanı: Maşınıma partlayıcı qurğu qoyublar - 17 Avqust 2017, 11:06
Şəhərin mərkəzində şok hadisə: hər kəsin önündə təcavüz etdi, sonra... - 17 Avqust 2017, 10:49
Xəzər iki gənci uddu: birinin 19 yaşı var... - 17 Avqust 2017, 10:31
Bakıda 32 yaşlı kişi özünü asdı - 17 Avqust 2017, 10:17
Gədəbəydə kütləvi dava - Ölən var - 17 Avqust 2017, 10:15
Bakıda qadınlar arasında bıçaqlaşma - 17 Avqust 2017, 10:10
Azərbaycanda nadir tapıntılar oğurlanıb - 16 Avqust 2017, 22:43
Prezident müğəninin ərini mükafatlandırdı - 16 Avqust 2017, 21:50
Bələdiyyə sədrləri cərimələnib - 16 Avqust 2017, 21:02
Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib - 16 Avqust 2017, 20:13
Yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var - 16 Avqust 2017, 19:12
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10