17:46 Bazar Ertəsi, 19 Avqust 2019
SOSİAL

ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək

13:46, 18.01.20192717
ETSN: Bu gün Azərbaycanda yağıntı kəsəcək, külək mülayimləşəcək
Hazırda Azərbaycanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
XƏBƏR LENTİ