19:33 Bazar Günü, 25 Avqust 2019
Maqazin

“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək

22:21, 05.02.20194717
“Eurovision 2019”da Azərbaycanı Çingiz təmsil edəcək
"Eurovision 2019" yarışması üçün Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub.

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifəsi "Infe Azerbaijan" məlumat verib.

Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.

Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.
XƏBƏR LENTİ