xari

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etdi

SOSİAL
18:53 25.02.2021
491
Ev dustaqlığına buraxılan Vətən Müharibəsinin iştirakçısı, mayor Ziya Kazımovun həyat yoldaşı  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ünvanlayıb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, Z. Kazımovun həyat yoldaşı Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib:

"Hörmətli İlham Əliyev və Mehriban Əliyeva,

Xalqımızın sonsuz sevincinə səbəb olan Qələbəyə görə dərin təşəkkürümü bildirirəm.

Azərbaycanın yenilməz Ordusu Sizin rəhbərliyinizlə 44 gün ərzində qəhrəmanlıq göstərərək dilbər guşəmiz Qarabağı erməni işğalından azad etdi.
Tarixə düşən misilsiz hünər Vətənimizin parçası Qarabağın azadlığı və səadəti naminə atılan addımların nəticəsində mümkün oldu, dinc gələcək naminə bölgədə Azərbaycan bayrağı dalğalandı.  

Torpaqlarımızın azad edilməsi savaşında mənim həyat yoldaşım Ziya Kazımov da ilk gündən qəhrəmanlıqla döyüşüb.

O, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.
Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bu  Sizlərin diqqət və qayğısının təzahürünü və Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.

Əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb.

Siz və igid əsgərlərimiz 44 gün gecə və gündüz qələbə naminə çalışdınız, mübarizə apardınız. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün xalqımız Sizə və dünyanın güclü ordularından birinə çevirdiyiniz silahlı qüvvələrimizə minnətdardır.
Sizlərə cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:21 15.04.2021

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:10 15.04.2021

Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb

08:58 15.04.2021

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

08:41 15.04.2021

İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi