18:59 çərşənbə, 19 Iyun 2019
SOSİAL

Evi ildırım vurub yandırdı - Azərbaycanda

23:49, 26.05.20195172
Evi ildırım vurub yandırdı - Azərbaycanda
Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təbiət hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.

XƏBƏR LENTİ