Evlənməyən, uşağı olmayanlar vergi ödəməli olacaqlar

Evlənməyən, uşağı olmayanlar vergi ödəməli olacaqlar
DÜNYA
21:51 11.01.2020
6708
Türkiyənin Ədalət və İnkişaf Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın "evlənməyib evdə qalırlar” deyərək tənqid etdiyi gənclərə sanksiya tətbiq etməyə qərar verib.
 
Bunun üçün xüsusi təklif hazırlanıb.

Qanun millət vəkilləri tərəfindən qəbul edilsə, 30 yaşdan sonra evlənməyənlər mərhələli şəkildə artan vergi sisteminə təhkim olunacaq.

Məsələ ilə bağlı açıqlama verən rəsmi prezidentin çox əhəmiyyətli məsələyə toxunduğunu deyib: "Elə bil, qanayan yaramızdır bu məsələ. Gənclərimiz gəzib-tozmaq xəyalında ikən evlənmək yadlarına düşmür. Yadlarına düşəndə isə iş işdən keçmiş olur. Evdə qalırlar. Evdə qalan insan isə həm ailəsinə, həm də topluma yükdür. Atsan, atılmaz, satsan, satılmazlar. Psixologiyaları da pozulur. Əşya, saxsı kimi nəyisə gözləyirlər. Onların çoxu tənbəl və işsizdir. İşləmədiklərinə görə, dövlətə də vergi vermirlər. Bu da bizim üçün ağır yükə çevrilir”.

Rəsmi eyni zamanda qeyd edib ki, evlənib uşaq sahibi olmayanlara da vergi tətbiq olunacaq: "Onsuz da, yaşınız keçib. Ombanız qazan kimi olub. "Üzümün sapı, armudun çöpü” deməyəcəksən. Bəyənən insana da gedəcəksən. Sən arxasınca düşmüsən, qardaşım? 30 yaşını keçən hər kəs evlənəcək, ya da vergisini ödəyəcək. Cütlüklər sevişir, amma buna rəğmən, uşaq olmursa, o zaman vergi tətbiq olunmayacaq. Ancaq onların bizi doğru şəkildə sevişdiklərinə inandırmaları şərtdir. Tez-tez sevişənlərdən də vergi alacağıq. Amma vətəndaşlarımızı heç nəyə məcbur etməyəcəyik. İstəyən qaydalara boyun əyəcək, istəməyən vergisini ödəyəcək. Nəticədə, ölkəmizdə demokratiya var”.

Qeyd edək ki, saytda dərc olunan yazı, xəbər və bu kimi materialların reallığı əks etdirmədiyi bildirilir. Buna baxmayaraq, xəbər Türkiyənin sosial platformasında geniş müzakirəyə çıxarılıb.(publika.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb
21:01 11.11.2026
Pakistanda polislərə hücum zamanı ən azı 12 nəfər xəsarət alıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
20:56 11.11.2026
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
20:49 11.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər
20:42 11.11.2026
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır
20:33 11.11.2026
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
20:26 11.11.2026
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
20:20 11.11.2026
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir
20:11 11.11.2026
Azərbaycan iqlim öhdəliklərini konkret fəaliyyətlərə çevirməkdə davam edir
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
20:08 11.11.2026
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
20:00 11.11.2026
Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Vuçiç: Serbiya 17 gün ərzində sabitliyini itirib
19:23 11.11.2026
Vuçiç: Serbiya 17 gün ərzində sabitliyini itirib
Moskvada KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb
19:10 11.11.2026
Moskvada KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb
Pakistanda polislərə hücum edildi - 11 nəfər ölüb
18:57 11.11.2026
Pakistanda polislərə hücum edildi - 11 nəfər ölüb
Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər
18:41 11.11.2026
Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər
Kreml Uitkoff və Kuşnerin Moskvaya səfər edəcəyini təsdiqləyib
18:24 11.11.2026
Kreml Uitkoff və Kuşnerin Moskvaya səfər edəcəyini təsdiqləyib
Rusiya MN: Ötən sutka ərzində 1000-dən çox Ukrayna dronu vurulub
18:10 11.11.2026
Rusiya MN: Ötən sutka ərzində 1000-dən çox Ukrayna dronu vurulub