11:19 Cümə Axşamı, 23 Yanvar 2020
KRİMİNAL

Evlərdən oğurluq edən şəxslər saxlanıldı

17:26, 12.08.20194065
Evlərdən oğurluq edən şəxslər saxlanıldı

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fervral-may aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə  DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - əvvəllər məhkum olunmuş, 39 yaşlı Amil Məmmədov və 55 yaşlı İlqar Məmmədov rayon ərazisindəki, ümumilikdə, 3 evə daxil olaraq oradan küllü miqdarda qızıl-zinət, geyim əşyaları və nağd pulu oğurlayıblar. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ