09:16 Cümə Axşamı, 26 Aprel 2018
DÜNYA

Əxlaqsız və qatil ata: evləndiyi qızını və uşağı öldürdü, sonra intihar etdi

12:55, 13.04.20184391
Əxlaqsız və qatil ata: evləndiyi qızını və uşağı öldürdü, sonra intihar etdi
ABŞ-ın Konnektikut ştatında 20 yaşlı Keti Rouz Pladlın cəsədi aşkarlanıb.

Onun atası və əri, 43 yaşlı Stiven Pladl isə Nyu-Yorkda intihar edib.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, Stiven Pladl evləndiyi doğma qızını və qızından doğulan oğlanı öldürəndən sonra özünə qəsd edib.

Keti Rouz Padl doğulandan az sonra uşaq evinə verilmişdi. 18 yaşı tamam olandan sonra Keti sosial şəbəkələr vasitəsilə atası Stiveni və anası Elisi tapmışdı. 2016-cı ildə onlar görüşüblər, həmin görüşdən iki ay sonra isə Keti atası, anası və iki bacısı ilə birlikdə Virciniya ştatındakı evdə yaşamağa başlayıb.

Ötən il Stiven və Elis Padllar boşanıblar. Elisin dediyinə görə, qızının ərindən hamilə qaldığını öyrənəndə polisə müraciət edib. Bunu eşidən Stivenlə Keti evdən qaçıblar və Virciniyadan Şimali Karolinaya yollanıblar. Onlar Şimali Karolinada evlənmişdilər.

2017-ci ilin sentyabr ayında isə Ketinin oğlu dünyaya gəlmişdi.

Polis onların kiisini də həbs edib. Lakin onlar 1 milyon dolların müqabilində pullu zaminə buraxılmışdılar.

37 yaşlı Elis Paddlın dediyinə görə, sabiq əri və qızı toy fotolarını da sosial şəbəkələrdə paylaşıblar.

Stiven Padl srağagün Konnektikuta ştatındakı Nyu-Milford şəhərinə yollanaraq qızı və arvadı olan Keti Rouz ilə onun dünyaya gətirdiyi kiçik Benneti güllələyib. Bununla kifayətlənməyən Stiven həmin an sükan arxasında olan 59 yaşlı Entoni Fuskonu da qətlə yetirib. E.Fusko Stivenin sabiq arvadı Elisin yeni əri, Ketinin ögey atası idi.
0
XƏBƏR LENTİ