16:48 şənbə, 16 Dekabr 2017
SOSİAL

“Fab Boyalar” şeir çələngində - FOTOLAR

10:00, 23.09.2017582
“Fab Boyalar” şeir çələngində - FOTOLAR

Azərbaycanın inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "Fab Boya və Kimya Sənayesi MMC” sosial məsuliyyət layihəsi çərçivəsində daha bir yeniliyə imza ataraq, bu dəfə şeir həvəskarlarını sevindirdi.

Şirkət tətərfindən keçirilən şeir müsabiqəsinə 1-may tarixində start verilib. Müsabiqə iyunun 30-na kimi davam etdirilib. Müsabiqəyə yüzlərlə şair yazdıqları bir-birindən maraqlı şeirlərini təqdim ediblər. Yazılan bütün şeirlər peşəkar münsiflər heyyəti tərəfindən qiymətləndirildikdən sonra finalçılar təyin edilib.

Münsiflər heyyəti  Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, "Ulduz" jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Azər Abdulla, "Fab Boya və Kimya Sənayesi MMC” nin təsisçisi Anar Əliyev, baş direktoru Kənan Məhərrəmov və Marketinq Departamentinin rəhbəri Fuad Əlişov olub. Çətin keçən seçim turundan sonra 17 iştirakçı finala vəsiqə qazanıb. Birinci yer 800 manat, ikinci yer 600 manat, üçüncü yer 400 manat, xüsusi mükafata layiq görülən iştirakçılar isə  pul mükafatı, hədiyyə və diplomla təltif edilib. 11 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.
 
"Fab Boya və Kimya Sənayesi MMC” nin təsisçisi Anar Əliyev müsahibəsində bildirib ki, ölkə başçısının sahibkarlara göstərdiyi xüsusi qayğının nəticəsidir ki, bu gün belə tədbirlər təşkil edirlər:

"Fab" boyalarında müsabiqələrin təşkili, artıq ənənə halını alıb. Bundan öncə Bakı və Sumqayıt məktəbliləri arasında "Öz Dünyanı Boya” adlı rəsm müsabiqəsi keçirtdik, sonra selfie yarışması, ardınca  ölkənin mədəni həyatında yadda qalan hadisəyə çevrilən I-Respublika Rəng Festivalını təşkil etdik. Festivalda minlərlə məktəbli iştirak etdi, indi də şeir həvəskarlarını sevindirmək qərarına gəldik. Azərbaycan xalqı ən qədim dövrlərdən  indiyədək, öz mədəni nümünələri, ədəbiyyatı, incəsənəti ilə dünyaya inteqrasiya edən bir xalq olub. Bugünkü müsabiqə bir daha onu göstərdi ki, yeni nəsillər yetişdikcə bizim ədəbiyyatımız da, incəsənətimiz də yeni çalarlarla inkişaf edir. Təhsilin, incəsənətin, ədəbiyyatın inkişafına, gənclərdə bu sahələrə marağın artmasına xidmət edən belə layihələri ənənəvi şəkildə bundan sonra da davam etdirəcəyik".
 













0
XƏBƏR LENTİ