16:30 Cümə, 20 Iyul 2018
Maqazin

Faciəvi şəkildə ölən müğənninin atasının paylaşımı ürəkləri dağladı

23:34, 03.07.20188579
Faciəvi şəkildə ölən müğənninin atasının paylaşımı ürəkləri dağladı
İstanbulun Şile rayonunda 5 nəfərin içərisində olduğu yaxta ilə dənizdə yoxa çıxan və ölüm xəbəri ilə Türkiyəni yasa boğan gənc müğənni Onur Can Özcanın atası sosial şəbəkə hesabından etdiyi paylaşımıyla ürəkləri dağlayıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 21 yaşlı musiqiçi Onur Can Özcanın cansız bədəni qayalıqlarda aşkar edilib.

OĞLUNUN ÖLDÜYÜ QAYALIĞA GETDİ!

Gənc müğənninin atası Metin Özcan oğlunun ölümündən təxminən 1 ay sonra hesabından etdiyi paylaşımla hər kəsi duyğulandırıb.

Özcan oğlunun tapıldığı qayalığa gedib Onur Canın 57 milyon insan tərəfindən dinlənilən mahnısı "Yaramızda Kalsın"ın yazıldığı qayanın fotosunu paylaşıb.

Bu da mərhum müğənninin atasının sözügedən paylaşımı:
 

XƏBƏR LENTİ