23:03 çərşənbə, 21 Avqust 2019
İDMAN

Falkaodan ilk dəfə “Qalatasaray” açıqlaması - İstanbula gələcəyi tarix açıqlandı

12:31, 10.08.20193663
Falkaodan ilk dəfə “Qalatasaray” açıqlaması - İstanbula gələcəyi tarix açıqlandı
"Qalatasaray"da oynamaq karyeramın hazırkı dönəmində həyəcanverici olar. Türkiyədə futbola böyük maraq var. Bu da futbolçuları motivasiya edən faktdır.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"a transferi gümdəmdə olan "Monako"nun hücumçusu Radamel Falkao "FOX Sport"a açıqlamasında deyib.

Kolumbiyalı 33 yaşlı oyunçu bildirib ki, müqavilə imzalanmayana qədər transferi tamamlanmış saymaq olmaz: "Monako"da məşqlərdə iştirak etdiyimdən hadisələrdən kənar durmağa çalışdım. Ümid edirəm, transfer ən qısa zamanda həllini tapacaq".

"TRT Spor"un xəbərinə görə, Falkao avqustun 12-də İstanbula gedərək "Qalatasaray"la müqavilə imzalayacaq.
XƏBƏR LENTİ