22:59 Bazar Günü, 09 Dekabr 2018
Maqazin

"Faytonçu" Nazim kökəlib əvvəlki halına qayıtdı - VİDEO

17:01, 25.06.20184095
Faytonçu ləqəbli müğənni Nazim Pişiyari "Xəzər maqazin”ə səhhəti ilə bağlı açıqlama verib.

Bir il əvvəl ağır xəstəliyi olan sənətçi arıqlaması ilə gündəmə gəlmişdi. Pişiyari bildirib ki, artıq müalicəsi bitib və özünü yaxşı hiss edir:

"49 yaşım tamam olacaq, hələ indiyənə kimi həkimə getməmişdim. Ödümdə olan ağrı bu hala gətirdi məni. Ödüm kəsildi, bütün çirk bağırsağa axırdı. Həkim mənə həm maddi, həm də mənəvi ziyan vurdu. Bir il İsraildə əməliyyat olundum və tam sağlamam”.

Nazim 50 yaşını səhnədə tamaşaçılarla birlikdə qeyd edəcəyini söyləyib. O, yaxın günlərdə solo konsert verəcəyini deyib. 

Sənətçi eyni zamanda kökəlib, əvvəlki görünüşünə qayıdıb.
 
///Axşam.az
 

XƏBƏR LENTİ