10:33 Bazar Günü, 22 Aprel 2018
SOSİAL

Fazil Məmmədov hansı xəstəxanaya yerləşdirilib?

10:56, 06.04.20184906
Fazil Məmmədov hansı xəstəxanaya yerləşdirilib?
Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilib. Qəfildən ürəyi tutan keçmiş nazirin infarkt keçirdiyi bildirilir.

AZXEBER.COM xəbər verir ki, ötən gün Fazil Məmmədovun Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. Faktor.az-ın məlumatına görə isə keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.

Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.

İddialara görə Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədova aiddir.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

0
XƏBƏR LENTİ