12:49 Cümə Axşamı, 25 Aprel 2019
SOSİAL

Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı

14:44, 09.02.201911868
Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı

Fazil Məmmədovun vəfat xəbəri yayılsa da, bu xəbər yalan çıxıb. 

AZXEBER.COM xəbər verir ki, bir neçə saat öncə sabiq vergilər nazirinin bu gün Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etməsi ilə bağlı xəbər yayımlanmışdı. Xəbərdə, ağır xəstəlikdən əziyyət çəkən keçmiş vergilər nazirinin vəziyyətinin bu gün səhər saatlarından pisləşdiyi və müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilmişdi. 

Gəncə Beynəlxalq Xəstəxanasından "BakuPost”a məlumat verilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb:

"Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.

Sayt dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.


 

XƏBƏR LENTİ