05:56 çərşənbə, 24 Oktyabr 2018
SOSİAL

Fəhlə hamam tikərkən hündürlükdən yıxılıb öldü

22:35, 10.08.20185257
Fəhlə hamam tikərkən hündürlükdən yıxılıb öldü
Şəkidə fəhlə tikintidə ölüb.

AZXEBER.COM bildirir ki, Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ