01:00 çərşənbə Axşamı, 23 Aprel 2019
SOSİAL

Fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ

21:59, 11.02.20192961
Fəhlə hündürlükdən yıxılaraq ÖLDÜ
Hacıqabul rayonunda fəhlə hündürlükdən yıxılıb. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Gilan Seramik Zavodunda qeydə alınıb. 

Belə ki, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhman Cabbar oğlu Cəlilov hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub.

Həkimlərin səylərinə baxmayaraq, Rəhman Cəlilovun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ