xari

“Fənərbağça” Özilin transferi üçün SMS kampaniya başlatdı

İDMAN
19:17 24.01.2021
493

Türkiyənin "Fənərbağça” klubu "Arsenal”dan Mesut Özilin transferini tamamlamaq üçün tərəfdarlarına müraciət edib.

"Sports.ru” xəbər verir ki, klubun prezidenti Əli Koç lazımi məbləği toplamaq üçün SMS kampaniyaya start verildiyini bildirib.

"Bizim tərəfdarlarımızdan bir xahişimiz var. Zəhmət olmasa bizi dəstəkləməkdə davam edin. Biz sizin maddi yardımlarınızdan asılıyıq. Özilin müqaviləyə imza atdığı gün SMS kampaniyasında rekord vurun”, - deyə Koç klubun azarkeşlərinə müraciət edib.

SMS-i klubun əsası qoyulduğu tarix olaraq bilinən 1907 qısa nömrəsinə göndərmək lazımdır. Bu yolla klub 2 milyon avro toplamağa ümid edir. Bununla yanaşı, "Fənər”in rəhbərliyi mövsümün sonunadək Özilin imzası olan milyonadək futbol geyimi satmağı da planlaşdırır. 

"Bəlkə 300 min, bəlkə 500 min, bəlkə də 1 milyon SMS. Bu bizə çox kömək edəcək. Sonra da əminəm ki, siz Məsutun imzası olan futbol geyimlərini almağa tələsəcəksiniz”, - deyə "Fənərbağça” prezidenti əlavə edib.

Qeyd edək ki, hazırda sarı-lacivərdlilərin 520 milyon avro məbləğində borcu var.

Onu da bildirək ki, bir qədər əvvəl "Fənərbağça" klubu özünün rəsmi "Tvitter" səhifəsində Məsut Özilin artıq transfer olunduğunu yazıb və ona uğurlar arzulayıb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:36 01.03.2021

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı

11:34 01.03.2021

Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başladı

11:17 01.03.2021

Bu ölkəyə Azərbaycandan birbaşa uçuşlar başlayır - QAYDALAR

11:16 01.03.2021

Moped sürənlərin nəzərinə - 100 manat cərimələnə bilərsiniz - VİDEO

11:11 01.03.2021

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı - "Elə bildik ermənidən qalıb ..."

11:03 01.03.2021

Bank Respublika mikro və aqro kreditləri 11%-lə təqdim edəcək

11:01 01.03.2021

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

10:45 01.03.2021

Azərbaycanda iki həftədən sonra qapanma olacaqmı? - AÇIQLAMA

10:42 01.03.2021

Martda 14 gün iş olmayacaq

10:17 01.03.2021

Azərbaycanda vəzifəli şəxs qəbiristanlıqdakı vəziyyətə görə məsuliyyətə cəlb edildi

10:03 01.03.2021

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı

23:44 28.02.2021

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

23:35 28.02.2021

“Meyvəli” bazarındakı yanğın söndürüldü - VİDEO

23:15 28.02.2021

Samuxda iki nəfər bıçaqlandı

22:49 28.02.2021

“Atlantico” nəşri: Fransa 1992-ci ildəki soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər

22:39 28.02.2021

Fransa mətbuatı: Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb