01:29 çərşənbə, 24 Oktyabr 2018
İDMAN

“Fənərbağça”nın üçüncü və gözlənilməz məğlubiyyəti

00:02, 02.09.20185187
“Fənərbağça”nın üçüncü və gözlənilməz məğlubiyyəti
Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda "Fənərbağça” komandası öz meydanında "Kayserispor” klubu ilə qarşılaşıb.

AZXEBER.COM xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda ötən mövsümün ikincisi "Fənərbağça” klubu rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Hesab 13-cü dəqiqədə açılıb. Qonaq komandanın qapısından topu "Fənərbağça”nın hücumçusu Andre Ayyu keçirib. İkinci hissənin əvvəlində "Kayserispor” hesabı bərabərləşdirib. Cavab topunu 52-ci dəqiqədə Bernard Mensah vurub. Bu qoldan beş dəqiqə sonra İstanbul təmsilçisinin yeni transferi İslam Slimani komandasını yenidən hesabda irəli çıxarıb. Altmış birinci dəqiqədə "Fənərbağça”nın slovakiyalı müdafiəçisi Martin Skrtel topu öz qapısından keçirib - 2:2. Yetmişinci dəqiqədə Tjaron Çeri komandasının üçüncü qoluna imza atıb. Bu, oyunda vurulan sonuncu top olub və Türkiyə futbolunun liderlərindən biri "Fənərbağça” yeni mövsümdə üçüncü dəfə meydançanı məğlubiyyətlə tərk edib.

Bu komandalar Türkiyə çempionatında 52 dəfə qarşılaşıblar. Bu oyunlardan 31-də "Fənərbağça", 7-də "Kayserispor" qalib gəlib, 14 görüş isə heç-heçə qurtarıb.

Dördüncü turunun maraqla gözlənilən qarşılaşmalarından biri bu axşam "Qalatasaray” və "Trabzonspor” arasında keçiriləcək. İndiyədək keçirdiyi üç oyunun hamısında qalib gələn İstanbul təmsilçisi hazırda 9 xalla çempionatda liderlik edir.
XƏBƏR LENTİ