10:21 Cümə, 06 Dekabr 2019
GƏNCLİK

Fərid Şahbazlı: “Mehriban xanım Əliyeva XXI əsr Azərbaycan qadınının mükəmməl obrazıdır”

14:09, 26.08.20194249
Fərid Şahbazlı: “Mehriban xanım Əliyeva XXI əsr Azərbaycan qadınının mükəmməl obrazıdır”
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özünün ictimai-siyasi, humanist və xeyriyyəçilik fəaliyyəti ilə həm ölkəmizdə, həm də bütün dünyada tanınan görkəmli ictimai-siyasi xadimdir.

Onun bəşəri xarakter daşıyan, eyni zamanda dövlətimizin milli maraqlarına xidmət edən fəaliyyəti həm xalqımız, həm də bütün dünya ictimaiyyəti tərəfindən böyük təqdir və minnətdarlıq hissi ilə qarşılanır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın təşəbbüsləri və həyata keçirdiyi beynəlxalq layihələr yüksək qiymətləndirilmiş və ən ali mükafatlara layiq görülüb”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin və ölkəmizin məruz qaldığı işğalçılıq faktının dünyaya çatdırılması istiqamətində olduqca əhəmiyyətli və ardıcıl iş aparır: "Məhz Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!” beynəlxalq kampaniyasından sonra Xocalıya soyqrımına siyasi qiymət verilməyə başlanılıb, müxtəlif ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr qoyulub”.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanın birinci xanımı eyni zamanda mədəniyyətlərarası dialoqun qurulması və bütün dünyada təbliği istiqamətində də mühüm işlər görməkdədir: "Məhz Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycan muğamı, aşıq və tar ifaçılığı sənəti, Azərbaycan xalçası və kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan bir sıra nüfuzlu musiqi və idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib”.

İctimai Birlik sədrinin sözlərinə görə, XXI əsr Azərbaycan qadınının mükəmməl obrazı olan Mehriban xanım Əliyeva ölkəmizdə müxtəlif mühüm humanitar tədbir və təşəbbüslərin müəllifidir: "Azərbaycanın birinci xanımı uşaqların, xüsusilə də valideyn himayəsindən məhrum olan xəstə uşaqların əsl himayəçisi kimi onların sağlamlığı, təhsili və hərtərəfli inkişafı istiqamətində böyük layihələrə imza atmaqdadır. Məktəblərin, uşaq bağçaları və uşaq evlərinin inşası və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin yaradılması və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkili, qanvermə aksiyalarının keçirilməsi, uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələr buna örnəkdir”.

Fərid Şahbazlı xüsusi olaraq qeyd edir ki, Mehriban Əliyevanın fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır: "Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının, Vatikan kitabaxanasının və s. mədəniyyət və memarlıq abidələrinin təmiri Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondunun dünya mədəniyyəti xəzinəsinə verdiyi ən mühüm tövhələrdəndir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində qızlar üçün yeni müasir məktəbin tikintisi həyata keçirilib, 2007-ci ildə isə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verilib.
Qürurla qeyd etməliyik ki, Mehriban xanımın xeyriyyəçilik təşəbbüsləri okeanın o tayına – Vaşinqtona qədər davam edib. Merilend ştatının Montqomeri dairəsində fiziki imkanları məhdud olan uşaqlara xidmət edən "Longviev” məktəbinə Mehriban xanımın başçılıq etdiyi Fond tərəfindən yardım göstərilib. Məhz Mehriban xanımın sayəsində Vaşinqtonun ən yoxsul sakinlər yaşayan məhəllələrindəki gənclər məktəbdə oxuduqları son il ərzində təcrübə keçmək üçün təqaüd alırlar”.

Gənc fəalın sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşərək, onların sağlamlıqlarının bərpası istiqamətində verdiyi tapşırıqlar xalqımız tərəfindən böyük təqdirlə qarşılanır: "Bundan əvvəl uzun illər millət vəkili və görkəmli ictimai-siyasi xadim kimi ölkəsinin və xalqının maraqlarını layiqincə təmsil etmiş Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi də Azərbaycanın xoşbəxt gələcəyi naminə genişmiqyaslı fəaliyyətini böyük əzm və uğurla davam etdirir”.
XƏBƏR LENTİ